İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində mayın 16-da Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, biznes foruma kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı sahələrində fəaliyyət göstərən 40-dan artıq İran şirkətinin qatılacağı gözlənilir.
AZƏRTAC