PDF Oxu

Siyasət

  • 45

Fəzail Ağamalı: “Ermənistana tarixin ibrət dərsini verməliyik” AÇIQLAMA

Fəzail Ağamalı: “Ermənistana tarixin ibrət dərsini verməliyik” AÇIQLAMA

"Beynəlxalq ictimaiyyətin, ayrı-ayrı təşkilatların, eləcə də aparıcı dövlətlərin həqiqətə göz yumması, işğalçı dövlətin yanında olması və onu müdafiə etməsi deməkdir. Bundan başqa bütün bunlar Ermənistanın təcavüzkar dövlət kimi davranışlarını stimullaşdırmağa xidmət edir". Bunu SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, məhz bu səbəbdəndir ki, Ermənistan Azərbaycan torpaqlarından çıxmaq istəmir və danışıqlardan boyun qaçırmaqla ən təhlükəli təxribatlara əl atır: "Hətta vəziyyət o yerə çatıb ki, düşmən ölkə beynəlxalq aləmdə qadağan olunmuş silahlardan istifadə edərək, mülki əhalinin həyatını təhlükə altına qoyur. Ermənistan bu addımı ilə bir daha beynəlxalq hüquq normalarını pozmuş olsa da ona qarşı heç bir addım atılmır. Lakin Azərbaycanın Xarici İşlər Nazirliyi doğru addım ataraq, xarici dövlətlərin ölkəmizdəki hərbi attaşelərinin cəbhə bölgəsinə səfərini təşkil etdi və faktları onların öz gözləri ilə görmələrinə şərait yaratdı. Onlar beynəlxalq konvensiyalar zidd olan ağ fosfor bombası faktı ilə yaxından tanış oldular. Ümumiyyətlə, beynəlxalq ictimaiyyət Ermənistanın çirkin əməllərindən xəbərdar olmalıdır. Burada maraqlı məqam Ermənistana qarşı atılacaq addımlardır. Ötüb keçən illər ərzində Ermənistanın davranışlarına qarşı heç bir addım atılmadığından bu məsələdə də o qədər böyük ümid bəsləmirəm. Lakin biz bütün beynəlxalq ictimaiyyəti Ermənistanın yaramaz olduğuna inandırmalıyıq. Hesab edirəm ki, bu cür addımlarla Ermənistan ordusunu öz ərazilərimizdən çıxarmalı, onlara tarixin ibrət dərsini verməklə öz ərazi bütövlüyümüzü təmin etməliyik".

sia.az

Digər xəbərlər