PDF Oxu

Siyasət

  • 50

ERMƏNİSTANIN "NÜVƏ SİLAHI" TƏHDİDİ, YOXSA QORXUSU?

ERMƏNİSTANIN "NÜVƏ SİLAHI" TƏHDİDİ, YOXSA QORXUSU?

Köpəkdən soruşurlar niyə hürürsən, deyir qorxuzuram, bəs onda niyə quyruğunu bulayırsan, deyir özüm qorxuram…

ATALAR SÖZÜ

Gündəmdən silinməyən, bəlkə də bundan sonra uzun müddət haqqında rəylər, fikirlər və təhlillər aparılacaq aprel hərbi əməliyyatlarının ardınca ağır məğlubiyyətə düçar olan işğalçı Ermənistan rəhbərliyinə yaxın hərbi şəxslər yeni bir məsələni – "çirkli bomba" məsələsini gündəmə gətirdilər. Xüsusilə, birinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmüş erməni generalları və müxtəlif rütbəli hərbçilər bir-birinin ardınca "çirkli bomba" amilini ortaya ataraq, necə deyərlər, psixoloji üstünlüyü ələ almağa cəhdlər göstərdilər. "Çirkli bomba" dedikdə, tərkibinə radioaktiv elementlər daxil olan silahın yaradılmasının və həmin silahın Azərbaycana qarşı istifadəsinin zəruriliyinin meydana çıxması barədə deyilən fikirlər ciddiyyət təşkil etməsə də, müəyyən mənada, onun ətrafında düşünməyə istər-istəməz səbəblər yaradır.

Xalqın acından öldüyü, ölkəsini tərk edib-qaçdığı bir məqamda Sarkisyan rejiminin belə bir ideyanı reallaşdırmaq cəhdləri mümkünsüzdür

Məsələn, artıq kimsəyə sirr deyil ki, Ermənistanda fəaliyyət göstərən və demək olar ki, ömrünü başa vurmuş "Metsamor" atom-elektrik stansiyası (AES) hələ də işlək vəziyyətdə qalmaqdadır. Əgər AES işlək vəziyyətdədirsə, demək onu elmi-texniki deyil, məhz hərbi-strateji məqsədlərə görə istifadə etmək işğalçı rejim üçün elə də çətin məsələ deyil. Sadəcə, Ermənistanın mövcud ağır iqtisadi durumu, yalnız erməni lobbisinin maddi yardımları hesabına güclə ayaqda qala bilməsi nüvə silahının yaradılması planlarını heç cür reallaşdıra bilməz. İlk növbədə, bu kimi silahın hazırlanması üçün kolossal maliyyə imkanlarına sahib olunmalıdır ki, bu imkanlar nə Ermənistanda var, nə də zəngin erməni lobbisi milyardlarla vəsaiti bu cür axmaq ideyaya xərcləmək istəməz. Xalqın acından öldüyü, ölkəsini tərk edib-qaçdığı bir məqamda Sarkisyan rejiminin belə bir ideyanı reallaşdırmaq cəhdləri mümkünsüzdür. Yəni məsələnin bir tərəfi budur.

Baş verən ardıcıl hadisələr Serj Sarkisyan diktaturasının ölüm anında ən nazik çöpdən yapışmağa cəhd etdiyini göstərdi

İkinci tərəfdən, 21 əsrin ikinci onilliyini yaşayan dünya birliyi onsuz da baş verən savaş və müharibələrdən təngə gəlib. Üstəlik, kütləvi qırğın silahının yaradılması başda BMT olmaqla, heç bir nüfizlu təşkilat, yaxud da hegemon dövlətlər tərəfindən rəğbətlə qarşılanmır. Təkcə son bir neçə ildə qonşu İranla bağlı aparılan araşdırmaları və s. təhqiqatları nəzərə alsaq, deyə bilərik ki, beynəlxalq aləm ümumiyyətlə bu məsələni təqdir etmir. Əgər Ermənistan buna cəhd etsə belə, çox güclü sanksiyalara və s. bu kimi faktorlara məruz qala bilər ki, onsuz da ağır vəziyyətdə sürünərək yaşayan erməni dövləti adi sanksiyalardan məhv olar.

Ancaq son günlər baş verən ardıcıl hadisələr Serj Sarkisyan diktaturasının ölüm anında ən nazik çöpdən yapışmağa cəhd etdiyini göstərdi. Məsələn, qonşu Gürcüstanın təhlükəsizlik və güc strukturları bir neçə ermənini nüvə başlığı üçün istifadə edilən radioaktiv elementlərlə birgə ifşa etdi və bu hal iki dəfə (!-R.N.) baş verdi. Demək, Ermənistan, nəyin bahasına olursa-olsun, öz məkrli məqsədini reallaşdırmaq üçün yollar axtarışındadır. Biz bunu bir neçə gün öncə cəbhənin Tərtər və Ağdam rayonu ərazisində Ermənistan silahlı qüvvələri və "DQR" separatçıları tərəfindən atılmış fosforlu bomba timsalında gördük. Daha dəqiq desək, fosforlu bomba ərazimizə atılsa da, xoşbəxtlikdən partlamayıb və onun zərərsizləşdirilməsi zamanı ölkəmizdə fəaliyyət göstərən xarici hərbi attaşelər də dəvət edilmişdilər. Yənu bu beynəlxalq aləmə bir sübut idi ki, Ermənistanın məqsədi və niyyəti nədən ibarətdir. Bununla, müharibə zamanı istər nüvə, istərsə də kimyəvi silahların istifadəsinin beynəlxalq konvensiyalara zidd olduğunu yaxşı bilən Ermənistan növbəti dəfə öz həyasızlığını nümayiş etdirmiş oldu.

Əlbəttə ki, belə faktorların erməni həyazıslığı ilə sintez təşkil etməsi, ilk növbədə bizləri –azərbaycanlıları təəccübləndirmir. Uzun illər bu xalqla yaşadığımız üçün onların bütün xasiyyətlərini, necə deyərlər, əzbərdən bilirik. Ona görə də daha bir el məsəli yada düşür: itlə dostluq elə, ancaq çomağını yerə qoyma…

Avropa İttifaqı Ermənistanın nüvə silahına malik olması barədə bəyanatları araşdıracağını bəyan edib, Vaşinqton da narahat olduğunu gizlətməyib

Bu arada Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan da Ermənistanın nüvə silahı olduğunu iddia edib. Lakin yuxarıda qeyd etdiyimiz iki amildən başqa, o, Ermənistanı daha çətin duruma salaraq dalana dirəyib. Hazırda rəsmi Yerevan bu və ya digər şəkildə beynəlxalq aləmi inandırmağa çalışır ki, onun nüvə silahı yoxdur. Lakin erməni deputatın bu cür həyasız iddiası nə qədər yalan olsa da, aktlaşdırılıb. Məsələn, Avropa İttifaqı Ermənistanın nüvə silahına malik olması barədə bəyanatları araşdıracağını bəyan edib. Bu amilin özü beynəlxalq aləmdən təcrid olunmağa başlayan Ermənistana həm də aprel hərbi əməliyyatlarından sonra vurulan ikinci sarsıdıcı zərbə kimi də qiymətləndirilə bilər. Çünki Avropa İttifaqı ilə yanaşı, rəsmi Vaşinqton da Qrant Baqratyanın nüvə silahı ilə bağlı açıqlamasından narahat olub. Demək, belə qənaətə gəlmək olar ki, Azərbaycan Ordusunun ötən ay Ermənistana verdiyi mükəmməl dərsin ardınca, ikinci zərbəni bu ölkəyə öz deputatı vurub. Hazırda Ermənistan hakimiyyəti başdan-ayağa qədər çıxılmaz problemlər məngənəsində əzilir. Onlar bu kimi addımları ilə, yəni bəyanatları ilə məğlubiyyətdən yaxa qurtarmayacaqlarını dərk edirlər. Hakimiyyəti isə əldən vermək istəmirlər.

Azərbaycan Dağlıq Qarabağa nəzarət uğrunda mübarizədən əl çəkməyəcək, işğal altındakı ərazilərinin qısa müddətdə azad edilməsi üçün səylərini bu və ya digər şəkildə davam etdirəcək

Başqa tərəfdən, Qrant Baqratyanın "nüvə silahıyla Azərbaycanı və Türkiyəni durdurmalıyıq" ifadəsi həm də belə anlam daşıyır ki, Ermənistan Azərbaycanla müharibədən çəkinir, aprel döyüşlərinin təkrarlanmasından – real məğlubiyyətdən qorxur, ona görə də nüvə silahı təhdidi ilə özünü "sığortalamaq" istəyir ki, Azərbaycan Dağlıq Qarabağ üzərindəki nəzarəti ələ keçirməyə çalışmasın. Ancaq onlar son bir faktı ya dərk etmirlər, ya da bunu dərk etmək onlara sərf etmir: rəsmi Yerevan bilməlidir ki, onun atom, kimyəvi, neytron, yaxuda da digər kütləvi qırğın silahı olsa belə (hərgah bu mümkün deyil –R.N.), Azərbaycan Dağlıq Qarabağa nəzarət uğrunda mübarizədən əl çəkməyəcək, işğal altındakı ərazilərinin qısa müddətdə azad edilməsi üçün səylərini bu və ya digər şəkildə davam etdirəcək.

Və sabah Azərbaycanda dünyanın ən müasir, analoqu olmayan silahı nümayiş edilərsə, ermənilər də bundan təəccüblənməsinlər

Sonda isə bir maraqlı faktı dəyərli oxucularımızın diqqətinə çatdırmaq istərdim. Hindistan bir gün nüvə sınağı keçirtdi və bütün dünyaya bəyan etdi ki, nüvə silahı var. Bu olayın üzərindən bir sutka keçməmiş, Hindistanla münasibətlərində problemi olan Pakistan da nüvə sınağı keçirdi və o da nüvə silahına malik olduğunu açıqladı!

Beləliklə, Pakistan tərəfi bu ani addımı ilə hərbi üstünlüyün rəqib dövlətin tərəfinə keçməsinə imkan verməməklə yanaşı, qonşu dövlətdə baş verənlərdən agah olduğunu sübuta yetirdi. Ona görə də bu gün Ermənistan tərəfi heç də sinəsinə döyərək "nüvə silahımız var" kimi bəyanatlarla region dövlətlərinə hədə-qorxu gəlməsin. Onsuz da belə bir hal olsaydı, Azərbaycanın güclü kəşfiyyatı bunu dərhal müəyyənləşdirib, işğalçı dövləti ifşa edərdi. Buna əmin ola bilərlər!

Bu gün Azərbaycanın hərbi-sənaye potensialı dünyanın aparıcı hərbi-sənaye potensialı ilə rəqabətə girib, öncül yerlərdən birini tutur. İqtisadi və hərbi gücümüz isə Ermənistandan fərqli olaraq, qorxuducu və hürküdücü bəyanatlara deyil, real nəticələrlə hesablanıb. Əgər Ermənistan sınıq-salxaq "Metsamor"una və Qrant Baqratyan kimi axmaq deputatlarının sərsəm bəyanatlarına ümid edirsə, Azərbaycan dövləti öz xalqına və ədalətli mövqeyinə, gücünə və qüdrətinə güvənir və sabah Azərbaycanda dünyanın ən müasir, analoqu olmayan silahı nümayiş edilərsə, ermənilər də bundan təəccüblənməsinlər. Çünki onların yalanlarından fərqli olaraq, Azərbaycan gerçək və əməli işlər görür.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər