"Ermənilər guya Azərbaycan hərbçilərinin onları təhqir etməsi ilə bağlı Avropa Məhkəməsinə iki ərizə ilə müraciət ediblər". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezident Adminitrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Çingiz Əsgərov Milli Məclisdə "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri" mövzusunda keçirilən dinləmələrdə çıxışı zamanı deyib.O qeyd edib ki, ermənilərin bu barədə ərizələri ilə tanışdır: "Bu barədə ərizələr də bizə daxil olub. Onların ilkin təhlili göstərir ki, burada Azərbaycan hərbiçilərinin heç bir müdaxiləsindən söhbət gedə bilməz. Həmin hərbçilər yəqin ki, minaya düşüb və müəyyən bədən hissələrini itiriblər".Ç.Əsgərov qeyd edib ki, artıq aprel hadisələri ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə 2 şikayət göndərilib: "Yaxın zamanda bu məsələ ilə bağlı kommunikasiya başlansa, Azərbaycan hökuməti bununla bağlı zəruri tədbirlər görəcək. Eyni zamanda digər hallarla bağlı materiallar toplanılır və müvafiq qaydada Avropa Məhkəməsinə göndəriləcək". "Mülki əhaliyə dəymiş ziyanla bağlı cinayət işləri başlanılıb. Mülki əhali arasında ölüm, yaralanma halları olub. Bununla bağlı Avropa Məhkəməsinə 2 müraciət göndərilib. 500-dən artıq sosial və mülki obyektə zərərlərin dəyməsi ilə bağlı yaxın zamanda ərizələr Avropa Məhkəməsinə göndəriləcək" - deyə, Ç.Əsgərov bildirib.Ç.Əsgərov bildirib ki, nəinki birbaşa erməni təcavüzündən zərərçəkmiş şəxslər, həmçinin atəşə məruz qalmış kəndlərin sakinləri də Avropa Məhkəməsinə müraciət etməlidir.
sia.az