PDF Oxu

Siyasət

  • 33

Hikmət Babaoğlu: “Ermənistan regionda sabitliyin pozulması üçün ciddi təhlükədir” AÇIQLAMA

Hikmət Babaoğlu: “Ermənistan regionda sabitliyin pozulması üçün ciddi təhlükədir” AÇIQLAMA

"Ermənistan tərəfi aprel ayının əvvəllərində işğal altında saxladığı Azərbaycan torpaqlarında atəşkəsi yenidən pozmaqla bölgədə Azərbaycan ordusunu hərbi əməliyyatlara başlamağa təhrik etdi və layiqli cavab aldı. Ancaq bu prosesdə Azərbaycan ictimaiyyəti və beynəlxalq ictimaiyyət bir daha erməni vəhşiliyinin, erməni faşizminin şahidi oldu. Çünki bu prosesdə onlar həm mülki, dinc əhalini, yaşayış məntəqələrini, məktəbləri, tibb məntəqələrini atəşə tutmaqla beynəlxalq konvensiyaları pozduqlarını göstərdilər, həm də Ermənistan rəsmiləri Azərbaycanı radioaktiv tullantılardan hazırlanmış çirkli nüvə silahları ilə vurmaqla hədələdilər". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu ermənilərin radioaktiv materialların qaçaqmalçılığı ilə məşğul olmasına dair faktlar barədə danışarkən deyib.Millət vəkilinin sözlərinə görə, bu onu göstərir ki, Ermənistan işğalçı dövlət olmaqla dünya ictimaiyyətinin rəyinə və beynəlxalq hüquq normalarına, o cümlədən Cenevrə Konvensiyasına, eləcə də mədəni mülkiyyətin qorunmasına dair Haaqa Konvensiyasına, insan hüquq və azadlıqları ilə bağlı fundamental azadlıqlara məhəl qoymur: "Biz bilirik ki, bu prosesdə onlar ağ fosforlu mərmi kimi səciyyələndirilən kimyəvi silahdan da Azərbaycana qarşı istifadə etdilər. Artıq bu barədə dünya ictimaiyyətinə məlumat ötürülüb. Azərbaycanda akkreditasiya olunmuş səfirliklərin hərbi attaşeləri belə bir bombadan doğurdan da istifadə olunması ilə bağlı təhlilər aparıblar".H.Babaoğlu əlavə edib ki, 2016-cı ilin aprelində Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən üç Ermənistan vətəndaşı və üç Gürcüstan vətəndaşı 200 qram Uran-238-i satmaq cəhdinə görə həbs edilib: "Müəyyən olunub ki, Ermənistandan olan üç nəfər əvvəllər Metsamor AES-də işləyiblər. Bu qrup radioaktiv materialı Yaxın Şərq ölkələrinə satmağı planlaşdırırmış. Sirr deyil ki, 2016-cı ilin yanvarında Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni sərhəddən keçirməyə cəhd göstərən üç erməni həbs edilib. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan işğalçıdır. Əgər rəsmi İrəvanın işğalçı siyasəti davam edərsə, bu prosesdən təkcə Azərbaycan deyil, regionun bütün ölkələri, o cümlədən qonşu ölkələr əziyyət çəkəcəklər. Beynəlxalq hüquq və beynəlxalq təşkilatlar, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ciddi addımlar atmalıdırlar. Əks təqdirdə Ermənistan təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionda sabitliyin pozulması üçün ciddi təhlükədir".

sia.az

Digər xəbərlər