"Ümumiyyətlə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçiriləcək görüşündən uğurlu nəsə gözləmirəm". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Politoloqun sözlərinə görə, prezidentlərin görüşünün əsas məqsədi Azərbaycanın aprel uğurlarının davamının gəlməməsidir: "Yəni, ATƏT-in Minsk qrupunun həmsədrləri çalışır ki, bir növ bu məsələlərdə Azərbaycanı sakitləşdirsinlər. Amma burada maraqlı dövlətlər var. Hesab edirəm ki, yenidən Rusiya ilə ABŞ-ın maraqları toqquşacaq. Danışıqlar masasında uzağı 5 rayonla bağlı söhbət gedəcək ki, bu da Azərbaycana sərf etmir. Bu görüş bizi müvəqqəti olaraq növbəti dəfə hücuma keçməkdən yayındırmağa xidmət edən bir gediş olacaq. Çünki onlar bir xristian toplusudur. İnanmıram ki, onlar Azərbaycanın maraqlarını güdsünlər. Yəni bu görüş də sıradan bir görüş kimi yadda qalacaq".
sia.az