PDF Oxu

Siyasət

  • 54

Raqif Abbasov: "Güc təxribatı güclə, siyasi təxribat siyasətlə cavablandırılmalıdır" AÇIQLAMA

Raqif Abbasov: "Güc təxribatı güclə, siyasi təxribat siyasətlə cavablandırılmalıdır" AÇIQLAMA

"Bu gün beynəlxalq tədbirlərdə bütün sahələrdə Azərbaycanı təmsil edən nümayəndə heyətlərimiz bu işin öhdəsindən layiqincə gəlirlər. Belə tədbirlərə qatılan vətəndaşlarımız birmənalı şəkildə bilməlidirlər ki, Ermənistanın olduğu yerdə istənilən təxribat baş verə bilər". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.O qeyd edib ki, beynəlxalq tədbirlərdə iştirak edən hər bir azərbaycanlı tariximiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında dolğun məlumatlanmalı, beynəlxalq ictimaiyyətə Azərbaycanın haqlı mövqeyini çatdırmaq üçün hazırlıqlı olmalıdır: "Azərbaycanı istəməyən qüvvələr bilməlidirlər ki, hər hansı təxribat baş verdiyi an vətəndaşlarımız buna layiqli cavab verəcək. Onlar təxribatla Azərbaycan nümayəndə heyətinə zərər və zərbə endirmək istəyən məqamda Azərbaycan dövlətini, diasporasını, diplomatik korpusunu qarşılarında görəcəklər. Hanısısa təxribat cavabsız qalanda daha böyük təxribatlara, cinayətlərə səbəb olur".R. Abbasov bildirib ki, təxribatlara cavab üslublarının da öz metodikası var: "Nümayəndə heyətini ezam edən tərəf təxribatlara cavab metodikası ilə bağlı vətəndaşlarımızı məlumatlandırmalıdır. Bu metodika elə olmalıdır ki, haqlı mövqeyimizi həm dünya başa düşsün, həm də düşmənə layiqli cavab olsun. Nümayəndə heyətlərimizin tərkiblərində olan rəhbər şəxslərin yerində verəcəyi qərarlar ictimai-siyasi xəttimizə, azərbaycançılıq ideyasına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli mövqeyinə uyğun olmalıdır. Hər cür təxribata özünəuyğun cavab verilməlidir. Güc təxribatı güclə, siyasi təxribat siyasətlə cavablandırılmalıdır. Əks halda bu, ənənə halını alacaq. Azərbaycan gəncliyi və idmançısı ölkəmizin ərazi bütövlüyünü, bayrağını qorumağa qadirdir. Bunu Ramil Səfərov, Mübariz İbrahimov, cəbhədə qəhrəmanlıq göstərən hərbçilərimiz, şəhidlərimiz bütün dünyaya sübut ediblər".

sia.az

Digər xəbərlər