"Ermənistanda korrupsiyanın səviyyəsi o qədərdir ki, bunu dövlətçiliyə təhdid də adlandırmaq olar. Hətta o səviyyədədir ki, Ermənistan dövləti məhv ola bilər". Bunu "Transparency International" antikorrupsiya mərkəzinin rəhbəri Varujan Oktanyan "Hakimiyyət - vətəndaş cəmiyyəti" konfransı zamanı jurnalistlərə açıqlamasında deyib.
Ermənistanın baş naziri Ovik Abramyanın korrupsiya ilə bağlı mübarizə barədə çıxışındam ikiqat təəssüfləndiyini deyən Oktanyan: "Aprel döyüşləri göstərdi ki, hakimiyyət daxilində korrupsiyanın dərəcəsi öldürücü həddədir və bu Ermənistan dövlətinin itirilməsi ilə nəticələnə bilər", - deyə bildirib.
Başqa ölkələrin təcrübəsindən danışan Oktanyan qeyd edib ki, bəzi ölkələrdə korrupsiyanın "xaç ataları" vəziyyəti şüurlu şəkildə nəzarət altına ala bildilər, dəyişiklik etdilər: "Amma Ermənistanda nədənsə bu baş vermir. Korrupsiya dövləti çökdürür, amma hakimiyyətdəkilər konkret addım atmaq istəmirlər".
sia.az