"Azərbaycan neftinin ölkədən çıxarılması üçün Gürcüstanın və Türkiyənin müdafiə nazirlərinə ehtiyac yoxdur. Bu mənada hesab edirəm ki, Ermənistan mətbuatında səsləndirilən bütün fikirlər yersizdir". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev Ermənistan mətbuatının müdafiə nazirlərinin Qəbələ görüşü barədə yazdıqlarını şərh edərkən deyib.Onun sözlərinə görə, Türkiyə və Gürcüstan öz ərazisində neft kəmərinin keçirilməsinə məsuliyyət daşıyır: "Azərbaycan neftinin dünyaya çıxarılmasının özü beynəlxalq bir layihədir. Bu layihə dünya dövlətləri tərəfindən dəstəklənir. Ona görə də ermənilər çox şey iddia edə bilərlər. Sadəcə olaraq çətin durumda olan insanlar və yaxud da dövlətlər çalışırlar ki, qeyri-adekvat addımlar atsınlar. Bu da Ermənistanın növbəti fitnəkar fikirlərindən və bəyanatlarından biridir. Azərbaycan-Türkiyə-Gürcüstan müafiə nazirlərinin görüşü hər zaman olub. Rəsmi Bakı çalışır ki, Qafqaz beşliyini bir araya gətirsin. Artıq bu beşlikdən üçü bir araya gəlib. Əgər Ermənistanın ağlı olsa idi, o birlikdən özünü kənarda saxlamazdı. Burada başqa qeyri-adi bir şey yoxdur".
sia.az