""Metsamor" atom elektrik stansiyasının ciddi təhlükə mənbəyi olması kimsəyə sirr deyil". Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, hazırda bu AES-in fəaliyyətinin dayandarılıması ilə bağlı səsləndirilən tələblər doğrudur. Onun sözlərinə görə, zaman-zaman müxtəlif xarici ekspertlər, həmçinin ölkəmizin təmsilçiləri mövcud təhlükə ilə bağlı xəbərdaredici fikirlər səsləndiriblər.
"Lakin Ermənistan AES-in region üçün təhlükə mənbəyi olması faktını qulaqardına vurur. Bu azmış kimi, stansiyanın fəaliyyət müddətinin 2016-cı ildə başa çatması nəzərdə tutulsa da, Ermənistan hökuməti AES-in istismar müddətini bir qədər də uzatmaq qərarına gəlib. Bu da, öz növbəsində, regionda güclü radiasiya təhlükəsi ilə bağlı narahatlığı daha da artırıb. Azərbaycan da "Metsamor" AES-in fəaliyyətini davam etdirməsinə dəfələrlə rəsmi şəkildə və ictimaiyyət səviyyəsində etirazını bildirib, müxtəlif beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər edilib. Beynəlxalq təşkilatlar bu məsələni diqqət mərkəzində saxlamalıdırlar"- deyə, R.Əliyev qeyd edib.
yap.org.az