PDF Oxu

Siyasət

  • 67

Niyaməddin Orduxanlı: “Belə adamlara nə deməlidirlər ki?” AÇIQLAMA

Niyaməddin Orduxanlı: “Belə adamlara nə deməlidirlər ki?” AÇIQLAMA

"Milli Şura"dan çıxanların hamısı Cəmil Həsənli və Əli Kərimlini hakimiyyətə işləməkdə, ittiham etməkdə tam haqlıdırlar. Bu adamların hər ikisi hakimiyyətə dəfələrlə satılmış və bunun müqabilində hakimiyyət tərəfindən mükfatlandırılmış şəxslərdir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.Sədr müavininin sözlərinə görə, Azərbaycan siyasətində elə bir şəxs yoxdur ki, Əli Kərimlinin öz lideri Əbülfəz Elçibəyə, dostlarına, silahdaşlarına və yaxın qohumlarına xəyanət etməsini bilməsin. Cəmil Həsənli də o şəxsdir ki, hakimiyyətə yaltaqlanmaq üçün kitablar nəşr edib və həmin kitablar da Azərbaycanın Qafqazda lider dövlətə çevrildiyindən ağız dolusu yazıb. Belə adamlara nə deməlidirlər ki?".

sia.az

Digər xəbərlər