PDF Oxu

Siyasət

  • 29

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın dialoq üzrə tərəfdaşı oldu

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın dialoq üzrə tərəfdaşı oldu

Milli Məclisin iclası davam edir. SİA-nın xəbərinə görə, iclasda deputatlar "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında" Memorandumun təsdiq edilməsi barədə qanunun layihəsini müzakirə ediblər.Layihə ilə bağlı Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. O bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarla fəal işləyir: "Biz bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik və bu əməkdaşlıq Azərbaycanın maraqları daxilində həyata keçirilir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında öz maraqlarını qorumaq niyyətindədir. Memorandumda ticari, iqtisadi məqamlar var. Biz müddəaları komitədə ciddi müzakirə etmişik. Bu təşkilatda dialoq üçün tərəfdaşlıq statusunda olmaq Azərbaycanın maraqlarına uyğundur".Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

sia.az

Digər xəbərlər