PDF Oxu

Siyasət

  • 48

Mirkazım Kazımov: “İşğalçı ordu torpaqlarımızı dərhal tərk etməlidir" MÖVQE

Mirkazım Kazımov: “İşğalçı ordu torpaqlarımızı dərhal tərk etməlidir" MÖVQE

"Söz yox ki, görüşdə təmsil olunan hər bir dövlətin öz strateji maraqları var, ancaq burada əsas maraq Azərbaycanındır". Bu fikirləri SİA-ya millət vəkili Mirkazım Kazımov Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşlərinin nəticələrini dəyərləndirərkən bildirib.

Parlament təmsilçisinin sözlərinə görə, Azərbaycan artıq uzun illərdir ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı nəticəli addımların atılmasını beynəlxalq aləmdən, nüfuzlu təşkilatlar qarşısında tələb edirdi. Lakin ikili standartlar və s. bu kimi süni amillər işğal altındakı torpaqlarımızın bu vəziyyətdən çıxmasına əngəllər yaradırdı: "O cümlədən, Ermənistanın və separatçı "respublikanın" cəbhə xətti boyu atəşkəs rejiminə riayət etməməsi, çoxsaylı təxribatlara əl atması vəziyyəti daha da gərginləşdirirdi. Ancaq düşmənin bu təxribatlarına sərt və amansız cavab verilməli idi. Aprel ayının əvvəllərində baş verənlər buna bir sübutdur. İşğalçı və separatçı rejimlər layiq olduqları cavablarını yetərincə aldılar. Onlar hələ də özlərinə gələ bilmirlər ki, cəmi dörd gündə 18 mühüm hərbi strateji postlar, eləcə də yüksəkliklər Azərbaycanın qüdrətli ordusunun nəzarəti altına keçdi. Ermənilər hələ də aldıqları sarsıdıcı zərbələrdən ayıla bilmirlər. Ona görə də məcbur olub beynəlxalq təşkilatlara yalvarmağa başladılar ki, Azərbaycanla yenidən atəşkəs razılığının əldə edilməsi üçün vasitəçilik edilsin. Vasitəçilik oldu və nəticədə Vyana görüşü barədə razılıq əldə edildi. Vyana görüşü isə ilk növbədə Azərbaycanın diplomatik üstünlüyü ilə keçdi. Biz bunu həmin prosesin gedişatından da gördük. Sarkisyan da Rusiyanın diktəsi ilə məcbur olub dedik ki, danışıqların nəticələrindən razldır. Halbuki, işğalçı rejim 5 rayonun qaytarılmasına belə razılıq vermirdr, indi isə 7 rayondan söhbət gedir". "Həmsədr ölkələrin rəsmi şəxsləri də bəyan etdilər ki, iyunda növbəti görüş keçiriləcək"-deyə xatırladan Mirkazım Kazımov deyib ki, əgər iyun ayına qədər işğalçı rejim qoşunların təmas xəttində atəşi, təxribatçılıq əməllərini dayandırılarsa, danışıqların növbəti mərhələsinə keçid etmək olar: "Belə olacaqsa, işğal edilmiş rayonların Azərbaycana qaytarılması istiqamətində mühüm addımlar atılacaq. Bu baxımdan, biz növbəti dəfə Prezident İlham Əliyev cənablarının qətiyyətinin, güclü diplomatik bacarğının şahidi olduq. Ölkə başçımız danışıqlar prosesində öz yekin sözünü dedi – işğalçılar torpaqlarımızı dərhal tərk etməlidirlər. Əks halda, Azərbaycan beynəlxalq konvensiyalara, xüsusiə BMT-nin dörd qətnaməsinə uyğun olaraq, torpaqlarını düşmən tapdağından azad edəcək. Artıq bu məsələ prinsipial nöqtədədir və bir ölkə kimi məhvə sürüklənən Ermənistanın başqa əlacının qalmadığı görünməkdədir".

sia.az

Digər xəbərlər