PDF Oxu

Siyasət

  • 33

Aydın Mirzəzadə: “Görüşdə xırda irəliləyişlər əldə edilib”AÇIQLAMA

Aydın Mirzəzadə: “Görüşdə xırda irəliləyişlər əldə edilib”AÇIQLAMA

"Prezidentlərin ötən gün Vyanada baş tutan görüşünə böyük diqqət edilirdi. Uzun müddətlik fasilədən və aprelin əvvələrində cəbhə xəttində baş verənlərdən sonra ATƏT-in Minsk qrupu bu görüşü keçirməyə böyük maraq göstərirdi". BunuSİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Prezidentlərin iyun ayında görüşməsi ilə bağlı razılaşma müəyyən xırda irəliləyişlərin əldə edildiyini göstərir: "Lakin bunun nədən ibarət olduğunu demək çətindir. Ortada Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktoru var və düşmən ölkə qoşunlarını torpaqlarımızdan çıxarmayana, ərazi bütövlüyümüzü tanımayana qədər ölkəmiz tərəfindən hər hansı güzəşt edilməyəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da görüşlə bağlı fikirlərini bildirərəkən qeyd etdi ki, problemin mərhələli yolla həll edilməsi çox vacibdir. Azərbaycan bu varianta etiraz etmir. Hər halda, ən pis sülh ən yaxşı müharibədən üstün sayılır. Əgər Ermənistan tərəfindən konstruktiv mövqe nümayiş etdirilərsə, Azərbaycan danışıqları davam etdirməyə hazırdır. Ancaq Ermənistan bilməlidir ki, o, əvvəlki kimi danışıqları uzadacaq və yaxud danışıqlara maraq görüntüsü yaradacaqsa, o zaman Azərbaycan başqa yollar seçmək məcburiyyətində qalacaq".Gələn ay baş tutacaq görüşlə əlaqədar fikirlərini bildirən A. Mirzəzadə bununla bağlı ciddi hazırlıqların getdiyini dilə gətirib: "Birinci görüşdə hansısa nəticələr əldə etdiyimizə görə ikinci görüşə getmək olar. Artıq düşmən ölkədə də bilirlər ki, Ermənistanın torpaqları qaytarmaqdan başqa çıxış yolu yoxdur. İşğal olunmuş əraziləri nəzarətdə saxlamaq ildən-ilə Ermənistan üçün daha da çətinləşir. Bunun üçün maliyyə vəsaiti tələb edilir. Yeganə variant torpaqları qaytarıb, status məsələsini isə sonrakı mərhələdə müzakirə etməkdir".

sia.az

Digər xəbərlər