Qəbələ rayonunda Yeni Azərbaycan Partiyası üzvlüyünə yeni qəbul edilən gənc müəllim və tələbələrə vəsiqələr təqdim olunub. Bu münasibətlə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzində təşkil olunan tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin YAP-ın yaranmasındakı böyük rolundan, eləcə də partiyanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıblar. Bildirilib ki, YAP Qəbələ rayon təşkilatı hazırda öz ətrafında 6 min 120 nəfəri birləşdirir. Onlardan 2471-i ali təhsillidir. Üzvlərdən 2525-i qadın, 2338-i gənclərdir. Son bir ildə rayonda Yeni Azərbaycan Partiyasına 304 yeni üzv qəbul olunub.
sia.az