PDF Oxu

Siyasət

  • 43

Zahid Oruc Vyana görüşünün Azərbaycan üçün nəticələrini şərh edib

Zahid Oruc Vyana görüşünün Azərbaycan üçün nəticələrini şərh edib

"Vyana görüşləri əslində 4 günlük aprel müharibəsinin təsiri altından keçdi. İllərdir ki, Dağlıq Qarabağ problemini beynəlxalq gündəmin 10-cu 15-ci dərəcəli məsələsi sayanlar gördülər ki, bir uğurlu əməliyyat yəni düşmən ölkənin təxribatına verilən cavab reaksiyası artıq nəticələrini göstərməkdədir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşünü şərh edərkən deyib.O bildirib ki, Vyanada keçirilən görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında keçən 7 telefon danışığından sonra baş tutdu.Millət vəkilinin sözlərinə görə, sözügedən görüşdən Azərbaycan üçün bir neçə nəticə çıxarmaq mümkündür: "Birinci növbədə biz əminik ki, Azərbaycan Prezidenti bu danışıqlarda aprelin əvvəlində baş verən uğurlu hərbi əməliyyatları siyasi müstəviyə daşımağa çalışdı. 20 ildən artıq bir müddətdə erməni tərəfinin məlum reallığı danışıqlarda bizə qəbul etdirməsi qeyri-mümkün oldu. İkincisi, Ermənistan prezidenti Sarkisyanın şərtləri mövcud idi ki, guya onlar danışıqlara gəlməyəcəklər. Lakin Məlum oldu ki, onun sözü də, şərtləri də beynəlxalq aləm üçün siyasi məna daşımır və heç bir çəkiyə malik deyil. Üçüncüsü, faktiki olaraq Vyanada danışıqlar gedərkən cəbhə xəttində atəşkəs yenə də ən ciddi intensivliklə pozulmaqda idi. Bunun özü sübut edir ki, Ermənistan ordusu yeni bir reallıq yaratmaqdadır. Bu o deməkdir ki, ATƏT-in Minsk qrupu prosesin qarşısında dayana bilmir. Əgər onlar real missiyalarını yerinə yetirə bilməyəcəklərsə, artıq əvvəlki kimi sadəcə bəyanatlarla iş bitməyəcək. Digər tərəfdən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, bu görüş Amerikanın istəyi ilə baş tutub. O bildirdi ki, iyun ayında bu məsələnin çözümü üçün həlledici raund başlayacaq və Rusiyanın irəli sürdüyü mərhələli həll modeli əsas götürüləcək. Bu baxımdan hesab edirəm ki, Vyanada keçirilən danışıqlar əhəmiyyətli idi. Lakin bütövlükdə götürüləndə iyun ayında növbəti görüşün keçirilməsinin bildirilməsi bir daha onu deməyə əsas verir ki, Anjey Kaspşikin idarəsinin sayını 30-a çatdırmaqla təmas xəttində baş verənlərin qarşısında zireh çəkmək mümkün deyil. Bilirsiniz ki, Ukraynada 800-ə yaxın ATƏT müşahidəçisi var. Onlar orada hərbi monitorinq aparırlar. Nəyinsə qarşısını ala bilirlərmi? Düşünürəm ki, Anjey Kaspşikin idarəsini genişləndirməkdənsə, məsələni həll etmək lazımdır".

sia.az

Digər xəbərlər