PDF Oxu

Siyasət

  • 42

Mübariz Qurbanlı: “Yeni qərarın verilməsinə ehtiyac var”MÜNASİBƏT

Mübariz Qurbanlı: “Yeni qərarın verilməsinə ehtiyac var”MÜNASİBƏT

"Azərbaycan İslam dünyasının bir parçasıdır və İslam aləmində baş verən hadisələr istər-istəməz bizə də təsir edir". SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Fitnə" filminin təqdimatı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.Komitə sədrinin sözlərinə görə, dini radikal qruplardan geopolitik maraqlar naminə də istifadə olunur: "Bəzi qüvvələr dini radikal qruplardan geopolitik maraqlar naminə də istifadə edir. Ona görə də dövlət din münasibətlərində İslami dəyərlərimizi qorumaqla bərabər, dini radikalizmə qarşı mübarizəni bütün vasitələrlə gücləndirməliyik".M.Qurbanlı həmçinin bildirib ki, Azərbaycanda məzarlıqlarla bağlı İqtisadiyyat Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı qərar lahiyəsi Nazirlər Kabinetinə təqdim olunub və layihəyə baxılıb: "Layihədə müəyyən düzəlişlər edilib və hazırda ekspertlər həmin düzəlişlər üzərində işləyirlər. Bu günlərdə Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi, Dövlət Komitəsinin, İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə bu məsələyə dair toplantı keçirilib. Qərar lahiyəsinin üzərində aparılacaq işlər barəsində əlavə tapşırıqlar verilib və ekspertlər onun üzərində işləyirlər. Bu, qanun olmayacaq. Nazirlər Kabineti tərəfindən məzarlıqlarla əlaqədar verilən bir qərar layihəsi olacaq. Bu layihədə mövcud qərar layihəsindən fərqli olaraq yeniliklər var və yeni qərarın verilməsinə ehtiyac var".

sia.az

Digər xəbərlər