Şirvanda YAP şəhər təşkilatı və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 13 saylı şəhər tam orta məktəbində "Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı maarifləndirici tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, tədbir "Narkomaniyaya yox deyək" filminin nümayişi ilə başlayıb.Tədbirdə məktəbin direktoru Aynurə Rzayeva, YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov, Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva, şəhər icra hakimiyyətinin nümayəndəsi Rəfael Nəsirov, həkim psixoloq Dilavər Qurbanov, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis kapitanı Zamiq Kərimov çıxış ediblər. Çıxışlarda bəşəriyyətin ən dəhşətli bəlalarından olan narkotik və psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən bəhs edilib.Son illər narkotik vasitələrdən istifadə edənlərin sırasında yeniyetmələrin sayının artdığı təəssüflə qeyd olunub və belə hallara qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, respublikamızda narkotik maddələrin dövriyyədən çıxarılması və belə təzahürlərin qarşısının alınması istiqamətində görülən tədbirlər ildən-ilə gücləndirilir.
AZƏRTAC