PDF Oxu

Siyasət

  • 53

"Azərbaycanda multikulturalizm: tarixi, mahiyyəti və əsas xüsusiyyətləri"

"Azərbaycanda multikulturalizm: tarixi, mahiyyəti və əsas xüsusiyyətləri"

Milli Azərbaycan Tarixi Muzeyində "Azərbaycanda multikulturalizm: tarixi, mahiyyəti və əsas xüsusiyyətləri" mövzusunda növbəti seminar keçirilib. Prezident İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan etməsi ilə əlaqədar keçirilən tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək, multikulturalizmin məqsədinin tarixi ənənəmiz olan xalqlar və dinlər arasında qardaşlıq, dostluq və beynəlmiləlçiliyin möhkəmlənməsinə dəstək olduğunu bildirərək, tədbirin mahiyyəti haqqında məlumat verib.

Muzeyin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin əməkdaşları Rəvan Həsənov və Sərraf Hüseynov və başqaları multikulturalizm siyasətinin hüquqi əsaslarından geniş söhbət açıblar.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə d övlət müşaviri xidmətinin əməkdaşı Sərraf Hüseynov "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı haqqında məlumat verib və bu cür nəşrlərin Azərbaycan multikulturalizminin əsaslarını öyrənmək üçün əhəmiyyətini vurğulayıb. O, kitabın bir nüsxəsini muzeyə hədiyyə edib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

ZÜMRÜD

Digər xəbərlər