PDF Oxu

Siyasət

  • 53

Laçın rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının gənclər birliyinin birgə təşkilatçılığı ilə "Böyük Qayıdış"a hazırlıqla bağlı tədbir keçirilib

Laçın rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının gənclər birliyinin birgə təşkilatçılığı ilə "Böyük Qayıdış"a hazırlıqla bağlı tədbir keçirilib

Laçın rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının gənclər birliyinin birgə təşkilatçılığı ilə "Böyük Qayıdış"a hazırlıqla bağlı tədbir keçirilib. Tədbirlər çərçivəsində Laçın rayonundan olan gənc və yeniyetmələr yaxınlıqdakı "N" saylı hərbi hissəyə yürüş təşkil ediblər. Onlar əvvəlcə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində ucaldılmış "Şəhidlərin abidə kompleksi"ni ziyarət edərək, önünə gül dəstələri qoymuş, daha sonra yaxınlıqdakı "N" saylı hərbi hissəyə yürüş ediblər. Laçınlı gənclər və yeniyetmələr hərbi hissənin şəxsi heyəti qarşısında qələbə müjdəli çıxışlarla tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaradıblar. Daha sonra laçınlı məktəblilər hərbi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilmiş, şeirlər söyləmişlər. Tədbirdə iştirak edən zabitlər bu görüşü "ordu-xalq" birliyinin bariz nümunəsi kimi qiymətləndiriblər. Vurğulanıb ki, ölkə başçısı, Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik və yenilməz siyasəti nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız tezliklə işğaldan azad olunacaq, üçrəngli bayrağımız Qarabağımızda, Şuşamızda və Laçınımızda dalğalanacaqdır.

Sonda gənclər, yeniyetmələr və şagirdlər hərbi hissənin şəraiti, eləcə də ayrı-ayrı silahlarla yaxından tanış olublar. Görüş iştirakçıları qələbə sevincini yaşamaq arzusu ilə tədbirdən yüksək təəssüratla ayrılıblar.

R.KAMALQIZI

Digər xəbərlər