PDF Oxu

Siyasət

  • 34

“Münaqişənin həlli istiqamətində köklü dəyişikliyə nail olacağıq” AÇIQLAMA

“Münaqişənin həlli istiqamətində köklü dəyişikliyə nail olacağıq” AÇIQLAMA

"Vyanada keçirilən görüşü münaqişənin həlli istiqamətində müsbət addım adlandırmaq olar". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşünü şərh edərkən deyib.O bildirib ki, danışıqlar prosesinin davam etdirilməsi Azərbaycanın da maraqlarına uyğundur: "Çünki, ölkəmiz öz ərazi bütövlüyünün sülh yolu ilə həllini istəyir. Təəssüf ki, Ermənistan silahlı qüvvələri işğalçılıq siyasətini davam etdirərək, cəbhədəki təxribatlarını davam etdirməklə yanaşı, ərazilərimizi geri qaytarmaq istəmir. Bütün bu problemlər danışıqlar yolu ilə həll edilməlidir. Bu baxımdan Vyana görüşü əhəmiyyətli idi".Millət vəkilinin sözlərinə görə, qarşıdakı gözləntilər problemin həlli ilə bağlı daha ciddi addımlar atılacağı ilə bağlıdır: "Artıq ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər də anladılar ki, mövcud status-kvonun zaman limiti bitib, status-kvonu uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil, bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlana bilməz. Bu baxımdan onlar beynəlxalq hüquq prinsiplərinə arxalanaraq, Ermənistanı konstruktiv mövqeyə dəvət etməlidirlər".R. Rzayev qeyd edib ki, hazırda gedən proseslər yaxın zamanlarda münaqişənin həlli istiqamətində köklü dəyişikliyə nail olacağımızı göstərir.Dövlət başçılarının iyun da baş tutacaq görüşü ilə bağlı fikirlərini bildirən millət vəkili növbəti görüşdə problemin həlli ilə əlaqədar daha uğurlu addımların atılacağını dilə gətirib: "Artıq müəyyən məsələlər haqqında razılıq əldə olunub. Hesab edirəm ki, iyun ayında baş tutacaq görüşdə daha böyük uğurlara imza atacağıq".

sia.az

Digər xəbərlər