Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 20-də Brüsseldə keçiriləcək NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Belçikaya səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclasda nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
yap.org.az