"Ümumiyyətlə Dağlıq Qarabağda olan könüllü erməni hərbi birləşmələr sadəcə bir təşkilatın üzvüdülər. Hətta onlar hakimiyyətlə də yola getmirdi və vaxtaşırı olaraq aralarında konfilikt yaranırdı. Onlar Qarabağ müharibəsində Qarabağ hərbi cinayətlərində iştirak etmiş erməni döyüşçüləridir". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.QAT sədrinin sözlərinə görə, Ermənistan cəmiyyətində könüllü hərbi erməni birləşmələrin fərqli bir mövqeyi var: "Hətta prezidentlər də onlarla hesablaşırlar. Aprel döyüşlərdə həmin birləşmələrdən təbliğat vasitəsi kimi istifadə olundu. Guya həmin birləşmələr Qarabağa gedirlər və orada vuruşacaqlar. Əslində onlar Qarabağa heç getmədilər. Çünki vəziyyətləri buna imkan vermir. Sadəcə bu, bir şou idi. Bütün bunlardan sonra Rusiya ciddi şəkildə işə qarışdı. Hazırda onların Dağlıq Qarabağdan geri çağırılmasından sonra Serj Sarkisyan artıq arxayınlaşdı. Çünki Rusiya, ABŞ Ermənistan tam təminat verdilər ki, hərbi əməliyyatlar başlamayacaq".
sia.az