"Milli Şura"da heçnə alınmayacaq. Bunlar bütün siyasi kapitalını xərcləyiblər". Bunu SİA-ya millət vəkili Araz Əlizadə "Milli Şura"nın planlaşdırdığı növbəti aksiyaya münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, şuranın aksiyalarla gündəmə gəlməyinin heç bir mənası yoxdur: "Bu onlara heç bir siyasi divident verməyəcək. 1990-cı il 20 yanvar hadisələri, 1992-ci il dövlət çevrilişi zamanı, 1993-cü ildə ölkəni vətəndaş müharibəsi qarşısında qoyub, dovşan kimi qaçdılar. Onları tutmaq mümkün deyildi. Xalq "Milli Şura"ya inanmır".A.Əlizadə Rəsul Quliyevlə İsa Qəmbərin hazırda eyni mövqe sərgiləməsinə də münasibət bildirib: "Ümumiyyətlə bu onu göstərir ki, daimi düşmən və daimi dost yoxdur. Burada daimi maraqlar var. Sadəcə olaraq pul hərisliyi hər iki insanı eyni mövqe sərgilməyə məcbur edib".
sia.az