PDF Oxu

Siyasət

  • 29

Millət vəkili: "Qız qaçıranlar da amnistiyaya düşsün"TƏKLİF

Millət vəkili: "Qız qaçıranlar da amnistiyaya düşsün"TƏKLİF

Milli Məclisdə 28 may Respublika günü ilə əlaqədar daxil olan amnistiya aktı ilə bağlı müzakirələr davam edir. SİA-nın xəbərinə görə, müzakirələrdə çıxış edən deputat Zahid Oruc bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən belə bir təşəbbüsün irəli sürülməsi Azərbaycan qadının nəcib, mərhəmətli obrazının formalaşmasında önəmli addımdır"."Dövlət əfv edir, yenidən cəmiyyətə qayıdışa şərait yaradır. Bir dəqiqəsini bir ay kimi yaşayanlar dövlətin mənəvi mexanizmlə cəmiyyətə, ailəsinə qaytarır. Gələcək amnistisya qərarlarında nəzərə almağınızı istədiyim bir məqamı bildirmək istəyirəm. Hörmətli Mehriban xanım, müstəqillik dövründə evlənməklə əlaqədar qız qaçırma məsələsini adam oğurluğu maddəsi ilə cinayətə çevirdik. Bu vəziyyətdə problem həll olunmur. Ailə həyatını o cür qurmaq istəyənlər, ona kömək edənlər 11-13 illik cəzaya layiq görürlər. Bu problemin həlli üçün başqa yanaşma lazımdır. Biz həmin şəxslərə də şans verməliyik ki, onlar da azadlığa çıxsın. Çox güman ki onlar yenidən belə addımlar atmayacaqlar"- deyə, Z. Oruc çıxışında deyib.

sia.az

Digər xəbərlər