PDF Oxu

Siyasət

  • 42

Siyavuş Novruzov: "40 min insan Mehriban Əliyevanın təşəbbüsü ilə azadlığa çıxıb"

Siyavuş Novruzov: "40 min insan Mehriban Əliyevanın təşəbbüsü ilə azadlığa çıxıb"

"Heydər Əliyev Fondunun yarandığı gündən indiyədək əsas prinsipində humanizm siyasəti dayanır. Fonda çox sayda insan üz tutur. Hər kəsə bəllidir ki, Fond daim xeyriyyəçilik məqsədli işlərlə məşğul olur". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Siyavuş Novruzov Parlamentin bugünkü iclasında Amnistiya aktının müzakirələri zamanı çıxşında deyib. Onun sözlərinə görə, bugünkü Amnistiya aktı bir daha Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban Əliyevanın həmin ideyalara sadiqliyinin bariz nümunəsidir: "Bu belə də olmalıdır. Çünki, qərar layihəsində də göstərildiyi kimi, bu amnistiya 28 may - Respublika gününə həsr olunub. Əvvəllər 7 amnistiya aktı məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə icra olunub. Ümummilli Liderin hakimiyyəti dövründə humanist addımlar ataraq ölüm hökmünü ləğv edib. Baxmayaraq ki, ondan öncə hakimiyyətdə olanlar bir çox insanların güllələnməsinə qərar vermişdilər. Bir dəfə də olsun Amnistiya aktı qəbul olunmamışdı. Amnistiya aktının şamil olunduğu insanların əhatə dairəsinə baxdıqda bu qərarın necə də təqdirəlayiq hal olduğunu vurğulamaq olar. Ümumilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən və bu, sonuncu amnistiya aktını da ora əlavə etsək, 110 min insanın azadlığa buraxıldığını görərik. Onun 40 000 nəfəri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Amnistiya aktı qəbul edildikdən sonra azadlığa buraxılıb".

sia.az

Digər xəbərlər