PDF Oxu

Siyasət

  • 56

“Region Gənclərinin Əməkdaşlığı Forumu”

“Region Gənclərinin Əməkdaşlığı Forumu”

"İrəli" İctimai Birliyi tərəfindən və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (AzGF) dəstəyi ilə Gəncədə "Region Gənclərinin Əməkdaşlığı Forumu" layihəsinə start verilir. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən Forumda 15 regiondan 60–a yaxın gəncin iştirakı nəzərdə tutulub.Layihənin əsas məqsədi , "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində istifadəyə verilən "Gənclər Ev"ləri və "Gənclər Mərkəz"ləri yerləşən regionlarda gənclərinin şəxsi inkişafına təkan vermək üçün bölgələrdə fəaliyyət göstərən gənclərin birgə fəaliyyətlərini stimullaşdırmaqdır."Region Gənclərinin Əməkdaşlıq Forumu" layihəsi çərçivəsində region gəncləri ilə yanaşı, yerli Gənclər Evləri rəhbərləri, Gənclər və İdman İdarəsi əməkdaşları Azərbaycan Dövlət Gənclər Siyasəti mövzusunda bir neçə günlük xüsusi panellərdə iştirak edəcək və təkliflər hazırlamaq imkanı yaradılacaq."Region Gənclərinin Əməkdaşlıq Forumu" layihəsinin benefisiarları olan gənclər sonrakı mərhələlərdə yaşadıqları regionlarda regional inkişaf üçün xüsusi tədbirlərin keçirilməsində yaxından iştirak etmək imanı qazanacaqdır. Region gəncləri tərəfindən irəli sürülən xüsusi təkliflərlə çıxış etmək və reallaşdırmaq imkanlarından yararlanacaq.Forum çərçivəsində qarşılıqlı mübadilənin aparılması üçün regionlar arasında əlaqələndirmə platformalarının yaradılması və mütəmadi məlumatlandırma proqramlarının işlənilməsi nəzərdə tutulub.Layihə benefisiarlarının 2016-ci il Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə xüsusi tədbirlər planı ilə iştirakı planlaşdırılıb.Forum Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtının təşkilatı dəstəyi ilə İyun ayında Gəncədə keçiriləcək.

sia.az

Digər xəbərlər