PDF Oxu

Siyasət

  • 42

Dövlət Proqramı çərçivəsində neonatal skrining proqramına start verilib

Dövlət Proqramı çərçivəsində neonatal skrining proqramına start verilib

Azərbaycan Respublikası Prezidentinin 13.06.2014-cü il tarixli Sərəncamına əsasən, təsdiq edilmiş "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı" çərçivəsində yeni doğulmuşların sağlamlığının mühafizəsi istiqamətində davamlı tədbirlər görülür. Dövlət Proqramına əsasən, anadangəlmə inkişaf qüsurları olan körpələrin erkən aşkarlanması və onların müalicəsi işinin təşkil edilməsi və bu məqsədlə neonatal müayinələrin (skrininqlərin) aparılması təmin edilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, anadangəlmə inkişaf qüsurlu körpələrin erkən aşkarlanması, müalicəsinin, o cümlədən cərrahi müalicəsinin və sonradan tibbi reabilitasiyasının təşkili məqsədilə Dövlət Proqramı çərçivəsində aidiyyatı dövlət-tibb müəssisələri, doğum evləri və poliklinikalar müvafiq fetal və perinatal diaqnostika avandanlıqları ilə təchiz edilib. Bununla yanaşı, anadangəlmə ürək qüsurlarının erkən müayinə edilməsi və ixtisaslaşmış tibb-müalicə mərkəzlərinə yönləndirilməsi məqsədilə Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Respublika Perinatal Mərkəzi, Elmi-Tədqiqat Pediatriya İnstitutu, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Respublika Uşaq Xəstəxanası və 3 nömrəli Şəhər Klinik Xəstəxanasının iştirakı ilə yeni doğulmuş körpələr və uşaqlar arasında anadangəlmə ürək qüsurlarının aşkarlanması məqsədilə xüsusi neonatal skrininq proqramına start verilmişdir. Skrininq proqramı zamanı qeyd edilmiş tibb müəssisələrində doğulan körpələrin anadangəlmə ürək qüsurlarının yoxlanması məqsədilə "skrininq nəbz oksimetriyası" aparılaraq, ürək qüsuru, xüsusilə də, kritik ürək qüsuru müəyyən edilmiş körpələrin konservativ və ya cərrahi müalicəsi üçün kardioloqlar, neonatoloqlar və kardiocərrahların nəzarəti altında müvafiq tədbirlər görülməkdədir.

"Rostropoviç-Vişnevskaya Fondu"nun Azərbaycan nümayəndəliyinin dəstəyi ilə beynəlxalq və milli mütəxəssislərin iştirakilə həyata keçirilən bu pilot skrininq proqramı çərçivəsində, həmçinin neonatoloqlar, reanimatoloqlar, pediatrlar, uşaq kardioloqları və tibb bacıları üçün "Neonatal kardiologiya"ya dair mövzulara əsasən, xüsusi təlim kurslarının təşkili də nəzərdə tutulub.

NƏZAKƏT

Digər xəbərlər