Bu gün AŞPA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələr keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan üzrə həmməruzəçi Stefan Şennakın cari ilin aprel ayının 5-dən 9-dək ölkəmizə səfərinin yekunları barədə məlumatı dinləniləcək. Demokratik institutların fəaliyyəti ilə bağlı Türkiyə və Makedoniya ilə danışıqlar davam etdiriləcək.Qeyd edək ki, Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü deputat Elxan Süleymanov qurumun Monitorinq Komitəsinin iclasında iştirak edəcək. Deputatımız müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.
sia.az