PDF Oxu

Siyasət

  • 31

Avropa Gənclər toplantısında Azərbaycanı “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi təmsil edir

Avropa Gənclər toplantısında Azərbaycanı “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi təmsil edir

Strasburqda Avropa Parlamentində Avropa gənclərinin ikinci toplantısı (EYE 2016) keçirilib. "Birlikdə hər şeyi dəyişə bilərik" devizi altında təşkil olunan toplantıda avropalı deputatlar və digər siyasətçilərlə keçirilən müzakirələrdə və seminarlarda 39 ölkədən gələn 7500 gəncə öz fikirlərini bildirmək imkanı yaradılıb.Tədbirdə Azərbaycan "Gəncə Avropa Gənclər Paytaxtı-2016" İctimai Birliyinin sədri Elmir Vəliyevin və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Azərbaycanlı gənclər Avropa Parlamentində təşkil edilmiş sessiyalarda çıxış edib və ölkəmizin stendində tariximiz, mədəniyyətimiz, ölkəmizdə aparılan gənclər siyasəti və Gəncə şəhəri haqqında məlumat veriblər.

AZƏRTAC

Digər xəbərlər