PDF Oxu

Siyasət

  • 31

Millət vəkili: "Prezidentin səfəri dövlətimizin nüfuzunu daha da artıracaq" AÇIQLAMA

Millət vəkili: "Prezidentin səfəri dövlətimizin nüfuzunu daha da artıracaq" AÇIQLAMA

"Türkiyədə keçirilən BMT-nin Dünya Humanitar Sammitinə cənab Prezidentimiz İlham Əliyevin və Mehriban xanım Əliyevanın dəvət edilmələri beynəlxalq humanitar məsələlərin həllində dövlətimizin oynadığı rol və topladığı təcrübə ilə bağlıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.O qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində yaranmış 1 milyondan çox qaçqın və məcburi köçkünün yerləşdirilməsi və onların başqa problemlərini uğurla həll edən Azərbaycan dövləti dünyaya nümunədir: "Sammitdə dünyada yığılıb qalmış humanitar problemlərdən, xüsusilə də qaçqınlar məsələsindən çıxış yolları axtarılacaq və müvafiq fikir mübadiləsi aparılacaq. Tədbir çərçivəsində dövlət başçımızın nitqi və keçirəcəyi ikitərəfli görüşlər çox faydalı olacaq. Cənab Prezidentin Türkiyəyə səfəri dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirəcək və nüfuzunu daha da artıracaq".

sia.az

Digər xəbərlər