PDF Oxu

Siyasət

  • 22

İtkin düşmüş şəxslərlə bağlı məsələ yenidən gündəmdəRƏY

İtkin düşmüş şəxslərlə bağlı məsələ yenidən gündəmdəRƏY

Mübariz Əhmədoğlu: "Ermənistanda itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi mövzusuna qadağa qoyulub"

"Prezidentlərin Vyana görüşündən sonra həmsədrlərin yaydığı bəyanatda əksini tapan məsələlərdən biri Dağlıq Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi mövzusudur". SİA xəbər verir ki, bu barədə Siyasi Texnologiyalar və İnnovasiya Mərkəzinin (SİTM) direktoru, politoloq Mübariz Əhmədoğlu sözügedən məsələyə münasibətini bildirərkən deyib.

O, qeyd edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi xətti ilə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi məsələsi 2014-cü ilin noyabrında prezidentlərin Paris görüşü zamanı razılaşdırılmışdı: "Parisdən qayıdan kimi Serj Sərkisyan Beynəlxalq Qırmızı Xaç Komitəsi xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi mövzusunu inkar etdi. İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan ordusu ən böyük hərbi təlimini keçirdi".

Politoloq qeyd edib ki, itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi 1994-cü ilə qədər Dağlıq Qarabağ müharibəsi regionunda yaranmış məzarlıqların müəyyənləşməsi, cəsədlərin ekshumasiya olunması və DNT analizlərinin aparılması deməkdir: "DNT analizləri məzarlıqlardakı cəsədlərin şəxsiyyətini, o cümlədən milliyyətini müəyyənləşdirəcəkdir. Ermənilər DNT analizinin nəticələrini özləri üçün təhlükəli hesab edirlər. Eləcə də məzarlıqların yerlərinin tapılması üçün Dağlıq Qarabağ da daxil olmaqla bütün işğal olunmuş ərazilərdəki yaşayış məskənlərinə yerli Azərbaycan əhalisinin təmsilçiləri müvəqqəti də olsa qayıtmalıdır. Bir qrup azərbaycanlı isə həmin ərazilərdə mütəxəssis qismində iştirak etməlidir. Bu da erməniləri hədsiz qorxudur. Ona görə əsas diqqət həm də itkin düşənlərin siyahısının dəqiqləşdirilməsinə yönəldilməlidir. Qarşıdakı bir ay ərzində bu məsələ də öz həllini tapmalıdır".

sia.az

Digər xəbərlər