Mayın 23-dən 26-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) hərbi feldşerlik üzrə mübadilə proqramı, mayın 23-dən 27-dək Ankarada (Türkiyə) strateji kommunikasiya kursu, Riqada (Latviya) "Hədəflərdən nəticələrə" mövzusunda konfrans, Sarayevo şəhərində (Bosniya və Herseqovina) "REGEX-16" kollektiv regional təliminin 5-ci planlaşdırma görüşü keçirilir.Mayın 23-dən 28-dək Norkfolk şəhərində (ABŞ) NATO Müttəfiq Transformasiya Komandanlığında tərəfdaş ölkələrin hərbi nümayəndələri ilə transformasiya seminarı, mayın 25-dən 26-dək Neapol şəhərində (İtaliya) birgə fəaliyyət strategiyası forumu təşkil edilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.
AZƏRTAC