Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. SİA-nın xəbərinə görə, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin qiyməti azalaraq 48.19 dollar, Nyu-Yorkun əmtəə birjasında Layt markalı neftin qiyməti isə 47.93 dollar olub.Azərbaycan neftinin qiymət isə dəyişməyib. Belə ki, keçirilən ən son hərraclarda "AzəriLayt" markalı neftin bir bareli 50.40 dollara təklif olunub.
sia.az