Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında "Elektron tibbin multidissiplinar problemləri" mövzusunda I respublika elmi-praktiki konfransı keçirilib. SİA-nın məluamtına görə, tədbir AMEA Rəyasət Heyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.Tədbirdə "Viki texnologiyalarının elektron tibdə tətbiqi", "İnsanın ovuc izlərinin təsviri əsasında xəstəliklərin diaqnostikası və təhlükəsizlik məsələləri", "E-tibbi və 3D texnologiyaları", "İKT-nin təsiri ilə yaranan xəstəliklər" və digər mövzularda məruzələr dinlənilib.AMEA-nın prezidenti, akademik Akif Əlizadə elektron tibbin multidissiplinar problemlərinə həsr olunan ilk tədbiri Azərbaycan səhiyyəsi və elmi, bütövlükdə ölkə ictimaiyyəti üçün mühüm hadisə kimi dəyərləndirib. Bildirilib ki, elektron tibbin formalaşması problemlərinin müxtəlif aspektləri ilə məşğul olan alim və mütəxəssislərin bir araya gəlməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından konfrans böyük əhəmiyyət daşıyır.AR Səhiyyə nazirinin müavini Elsevər Ağayev ölkədə e-tibbin formalaşması ilə bağlı həyata keçirilən tədbirlər və əldə olunan uğurlardan danışıb. Bildirib ki, bu istiqamətdə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" çərçivəsində kompleks tədbirlər həyata keçirilir. E.Ağayev e-tibbin inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr və onların həlli istiqamətində görüləcək işləri diqqətə çatdırıb.AR Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov ölkədə səhiyyə və tibb elminin inkişafına göstərilən qayğıdan söz açıb. Son zamanlar səhiyyə sistemində uğurlu islahatlar aparıldığını qeyd edən akademik Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqəti və dəstəyi sayəsində bütün regionlarda yeni səhiyyə obyektlərinin tikilib istifadəyə verildiyini, tibb elminin ən son yenilikləri, texnoloji innovasiyalar, müasir müalicə üsullarının klinika və sağlamlıq mərkəzlərində uğurla tətbiq edildiyini, həkimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün səmərəli işlərin görüldüyünü söyləyib.Konfrans öz işini AMEA İnformasiya Texnologiyaları İnstitutunda üç paralel seksiya iclasında davam etdirib və ümumilikdə 75 məruzə təqdim olunub.
sia.az