PDF Oxu

Siyasət

  • 24

Siyavuş Novruzov: “Prezident Sammitdə Azərbaycanın mövqeyini bir daha çatdırdı” AÇIQLAMA

Siyavuş Novruzov: “Prezident Sammitdə Azərbaycanın mövqeyini bir daha çatdırdı” AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda Dünya Humanitar Sammitində iştirakını çox yüksək qiymətləndiririk". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.YAP İcra Katibinin müavinin sözlərinə görə, Sammitdə dünyanın aparıcı dövlətlərinin rəhbərləri, eləcə də BMT Baş katibi Pan Gi Mun iştirak edirdi: "Cənab Prezidentin ikitərəfli görüşləri, Sammitin toplantısında çıxış etməsi və Azərbaycanın mövqelərinin orada səsləndirilməsi, göstərilməsi, Ermənistanın işğalçı dövlət olması haqda söylədiyi fikirlər, son aprel hadisələrində işğalçı ölkənin Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi əməllər dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırıldı. Təbii ki, bunlar hamısı çox vacib şərtlərdən biri idi. Bildiyiniz kimi, bundan öncə BMT-nin böyük toplantılarından biri də Azərbaycanda keçirildi".S.Novruzov əlavə edib ki, ümumilikdə Türkiyədəki Sammiti Azərbaycanda keçirilən Forumun davamı kimi qiymətləndirmək olar: "Azərbaycan da mütəmadi olaraq belə beynəlxalq tədbirlərə ev sahibliyi edir. Tədbirin bu dəfə qardaş Türkiyədə keçirilməsi və bəzi məsələlərlə bağlı mühüm addımların atılması, fikir mübadiləsinin aparılması, xüsusilə ayrı-ayrı çıxışlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulması, regionda stabitlik məsələsi, qaçqın və məcburi köçkünlər problemi və sair hamısı ölkəmizə aid olan məsələlərdir. Azərbaycan Prezidenti Sammitdəki çıxışında da ölkəmizin bu prosesləri gördüyünü və kifayət qədər təcrübəsi olan bir dövlət kimi özünün gələcək problemlərinin həll olunmasında tövsiyyələrini dünya ictimaiyyətinin nəzərinə çatdırdı".

sia.az

Digər xəbərlər