"Ümumiyyətlə, müxalifətdə heç zaman birlik olmayıb və olmayacaq da. Pənah Hüseyn vaxtaşırı ortaya müxtəlif ideyalar atır. Təbii ki, bu ideyaların ətrafında da heç kəs birləşmir". BunuSİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Pənah Hüseynin ümumi müxalifətin birliyinin yaradılması təklifinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, bu gün müxalifətdə o qədər hərislik var ki, müxalifət partiyalarının (Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər) rəhbərləri öz qurumlarını şəxsi monopoliyasına çevirib: "Məsələn, AXCP-ni Əli Kərimli idarə etmir. Bu gün AXCP-ni xarici qüvvələr idarə edir. Bu partiya erməni lobbisinə xidmət edən bir təşkilatdır. AXCP erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərir. Əgər xarici qüvvələr məsləhət bilsə Əli Kərimli müxalifətin ümumi birliyində iştirak edəcək, əks təqdirdə iştirak edə bilməyəcək. Yəni nə partiya üzvlərinin özü, nə onun sədri, nə də onun rəhbərliyində olan digər insanlar belə bir qərar qəbul etmək imkanına malik deyillər".S.Novruzov bildirib ki, Müsavat Partiyası da bir dəstə insanın əlinə keçib: "Onlar bu addan istifadə edirlər və partiya kimi özlərini təqdim etməyə çalışırlar. Hazırda orada bir partiyadan üç partiya yaranıb. Təbii ki, bunların heç biri də qanunu fəaliyyət göstərmir. Bununla belə AXCP də iki hissəyə bölünüb və təşkilat adından söz deməyə onların hüquqi əsası yoxdur".
sia.az