Bu gün Astanada IX İqtisadi Forum (AİF) öz işinə başlayıb. Foruma dünyanın mötəbər maliyyə qurumlarının, beynəlxalq təşkilatların rəhbərləri, Nobel mükafatı laureatları, alimlər, siyasətçilər və ekspertlər toplaşıblar.
Əsas mövzusu "Yeni iqtisadi reallıqlar: şaxələndirmə, innovasiya və bilik iqtisadiyyatı" olan forumda dünyanın 80 ölkəsindən 5 minədək nümayəndə iştirak edir.
Bu il AİF çərçivəsində "Böyük İpək Yolu ölkələri" forumu da keçiriləcək. Burada Avropa və Asiyanın infrastruktur imkanları, dünya iqtisadiyyatı: innovasiyalar və texnologiya, yaşıl iqtisadiyyat: sosial innovasiyalar, iqtisadi artım və ekologiya mövzusu müzakirə ediləcək. "Böyük İpək Yolu ölkələrinin forumu: enerji, resurslar və davamlı inkişaf" mövzusunda keçiriləcək plenar iclasın spikeri "Bakı beynəlxalq dəniz ticarət limanı"nın baş direktoru Taleh Ziyadov olacaq.
yap.org.az