PDF Oxu

Siyasət

  • 42

“Multikultural dəyərlər və azərbaycançılıq”

“Multikultural dəyərlər və azərbaycançılıq”

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında hakim Partiyanın Qadınlar Şurasının təşkil etdiyi "Multikultural dəyərlər və azərbaycançılıq" mövzusunda konfrans keçirilib.SİA-nın məlumatına görə, tədbirdə YAP Siyasi Şurasının üzvü, hakim Partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, Bakı Slavyan Universiteti üzrə ərazi ilk partiya təşkilatının sədri, BSU-nun prorektoru Aygül Hacıyeva, YAP Nəsimi rayon təşkilatının İdarə Heyyətinin üzvü, Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva, YAP Nizami rayon təşkilatının Qadınlar Şurasının sədri Sevda Abdullayeva, YAP Xətai rayon təşkilatının Qadınlar Şurasının sədri Aygün Əhmədli, YAP Nəsimi rayon təşkilatının Qadınlar Şurasının üzvü, 16 saylı Texniki humanitar liseyinin direktoru Ülviyyə Vəliyeva, YAP Qadınlar Şurasının sədr müavini, 1 N-li Şəhər Klinik Xəstəxanasının baş həkim müavini Məhəbbət İbrahimova və KİV nümayəndələri iştirak edib.YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bu kimi tədbirlərin keçirilməsinin zəruriliyindən söz açaraq söyləyib ki, ölkəmizdə mövcud olan multikultural dəyərlərin düzgün təbliğatına böyük ehtiyac var: "Bu cür tədbirlərinin keçirilməsi ölkəmizin, xalqımızın multikultural dəyərlərə verdiyi qiymətin göstəricisidir. Mədəniyyətin özü də bu dəyərlərə daxildir. Azərbaycanın musiqisi, muğamı bütün dünyada təbliğ olunur. Ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən bu istiqamətdə mühüm işlər görülür".Onun sözlərinə görə, Azərbaycançılıq ideologiyası Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra meydana gəlib: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ideologiya sayəsində bütün dünya Azərbaycan xalqını, millətini tanımış oldu. Bu gün bu dəyərlərin üzərinə multikultural dəyərlər də əlavə edilir". Bakı Slavyan Universiteti üzrə ərazi ilk partiya təşkilatının sədri, BSU-nun prorektoru Aygül Hacıyeva Multikultural dəyərlərin geniş mahiyyətə malik olduğunu dilə gətirərək qeyd edib ki, multikulturalizm terrorun, müharibənin qarşısının alınmasında böyük əhəmiyyətə malikdir: "Hər bir millət firavan, rahat, sülh şəraitində yaşamaq istəyir. Bu istiqamətdə biz qadınların üzərinə də böyük məsuliyyət düşür. Belə ki, biz qadınlar bu cür dəyərləri daha geniş şəkildə təbliğ etməli, işlədiyimiz, olduğumuz yerlərdə multikultural dəyərlərin vacibliyini qeyd etməliyik".Tədbirdə digər çıxış edənlər də qeyd edib ki, ölkəmizdəki tolerantlıq və multikultural dəyərlər etnik mənsubiyyətindən asılı olmayaraq, bütün insanların birləşməsinə səbəb olub.

sia.az

Digər xəbərlər