PDF Oxu

Siyasət

  • 47

Samuxlular "Beynəlxalq Muzeylər Günü"nü qeyd ediblər

Samuxlular "Beynəlxalq Muzeylər Günü"nü qeyd ediblər

Samux rayon Heydər Əliyev Mərkəzində "Beynəlxalq Muzeylər Günü"nə həsr edilmiş "Açıq Qapı" günləri və "Muzeylər və multikultural dəyərlər" adlı silsilə tədbir keçirilib. Tədbirdə muzey işçiləri ilə yanaşı, rayon ziyalıları, yerli media nümayəndələri, məktəblilər və rayon ictimaiyyətinin fəal nümayəndələri iştirak ediblər. Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Samux rayon icra hakimiyyəti, Samux rayon mədəniyyət və turizm şöbəsinin dəstəyi ilə təşkil olunan tədbiri giriş sözü ilə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə açaraq, hər il keçirilən tədbirin məqsədi və "Beynəlxalq Muzeylər Günü" haqqında danışıb, Azərbaycanda muzeylərin yaranma tarixindən, dünənindən və bu günündən ətraflı məlumat verib. O, ölkə başçısı Cənab İlham Əliyevin "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi "Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar rayon muzeylərində görülən və nəzərdə tutulan işlər barədə söz açıb.

Tədbirdə Samux rayon icra hakimiyyətinin başçısının müavini Kəmalə Xəlilova, Samux rayon mədəniyyət və turizm şöbəsinin nümayəndəsi Şəhla Abdullayeva, Gəncə Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Ziyafət Bayramova çıxış ediblər. Qeyd olub ki, hazırkı dövrdə dövlət siyasətində prioritet məsələlərindən biri də Azərbaycanda muzey işinin inkişafı və muzeylərin zənginləşməsi, Azərbaycan dəyərlərinin dünyaya tanıdılması olub: "Azərbaycan xalqının milli sərvətləri, tarixi və görkəmli şəxsiyyətləri ilə geniş xalq kütlələrini tanış etmək, ayrı-ayrı vətəndaşları həmin sərvətlərin toplanmasına və öyrənilməsinə cəlb etmək məqsədi daşıyır. Sonra Samux rayon icra hakimiyyəti başçısı tərəfindən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə və digər əməkdaşlar Fəxri Fərmanla mükafatlandırılıb. Tədbirdə müntəzəm olaraq mərkəzlə əməkdaşlıq edən idarələrə təşkilatlara və könüllü gənclərə Samux rayon Heydər Əliyev Mərkəzi tərəfindən təşəkkürnamələr təqdim olunub.

Samir

Digər xəbərlər