PDF Oxu

Siyasət

  • 39

GEAD-da Multikulturalizmə aid seminar keçirilib

GEAD-da Multikulturalizmə aid seminar keçirilib

"Gənclərin Elmi Araşdırmalarına Dəstək" (GEAD) İctimai Birliyində "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və qarşıda duran vəzifələr" mövzusunda elmi seminar keçirilib. Seminarın qonağı Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli olub. SİA-nın məlumatına görə, seminarı giriş sözü ilə açan "GEAD" İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı seminar iştirakçılarını salamladıqdan sonra ölkə prezidenti cənab İlham Əliyevin 2016-cı ili Azərbaycanda multikultralizm ili elan etməsini diqqətə alaraq "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyində də belə bir seminarın keçirilməsini məqsədəuyğun hesab etdiklərini qeyd edib. M.Babaşov ölkəmizin sahib olduğu mənəvi zənginliklərindən düzgün istifadə nəticəsində ölkə rəhbərliyi Azərbaycanı dünya miqyasında multikultiralist cəmiyyətin beşiyi kimi tanıtdığına, artıq Azərbaycan dünyanın öndə gələn ölkələriylə tərəfmüqabilinə çevrilərək multukultralist cəmiyyət nümunəsi kimi dünyaya öz töfhəsini təqdim etdiyinə diqqət çəkib.Daha sonra məruzəçi Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli 2014-cü ildə ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılan Bakı Beynəlxalq Multikultralizm Mərkəzi haqqında geniş məlumat verib. Mərkəzin qısa müddət ərzində gördüyü işlərdən, həyata keçirdiyi çoxsaylı fəaliyyətlərdən danışıb.Məruzəçi artıq dünya ictimaiyyətinin dövlətimizi multikultiralist bir tərkibə sahib ölkə kimi qəbul etdiyini, dövlətimizin sahib olduğu mənəvi zənginliyi olan etnik və dini çeşidliliyin bir çox dünya ölkələrində olduğu kimi problemlərə, qarşıdurmalara deyil, əksinə birlik, bərabərlik, qardaşlıq çərçivəsində yaşamağa səbəb olduğunu dünya ictimaiyyətinə göstərmiş olduğunu xüsusi qeyd edib.Sonda, maraqlı və yaddaqalan çıxışına görə məruzəçiyə təşəkkürünü bildirən "GEAD" İctimai Birliyinin sədri M.Babaşlı xalqımızın mənəvi zənginliyi olan çoxçeşidli mədəniyyət mənsublarının dost və qardaşcasına birgə yaşayış nümayiş etdirməsi fəlsəfəsinin gələcəyimiz olan gənc nəsillərə də ötürülməsinin əhəmiyyətini bir daha nəzərə çatdırıb.

sia.az

Digər xəbərlər