"Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda Dünya Humanitar Sammitində iştirakını yüksək dəyərləndirmək olar. Sammitdə cənab İlham Əliyev bir daha bütün dünya ictimaiyyətinin diqqətinə Ermənistanın Azərbaycana qarşı olan işğalçı mövqeyindən əl çəkməsini çatdırdı". BunuSİA-ya Rövşən Rzayev deyib.Onun sözlərinə görə, sammitdə ölkə başçısı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də icra olunmaması haqqında mövqeyini səsləndirdi. Türkiyə və Azərbaycan terrora məruz qalan ölkələrdir. Hesab edirəm ki, bu baxımdan İstanbulda keçirilən Dünya Humanitar Sammiti çox vacibdir".R.Rzayev əlavə edib ki, keçirilən bütün sammitlərin önəmi çox böyükdür: "Çünki burada Azərbaycanın sülhmərmalı, sülhsevən siyasəti haqqında mövqeləri səsləndirilir. Təbii ki, beynəlxalq aləm də Ermənistanı sülhə yaxınlaşdırmaqdan ötrü mövqeyindən istifadə etməyi bacarmalıdır".
sia.az