Bu gün Bakı Dövlət Universitetinin Tədris Teleradio studiyasının açılış mərasimi keçirilib.SİA-nın məlumatına görə, açılışda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin başqan müavini Ali Maskan, BDU-nun rektoru, akadmemik Abel Məhərrəmov, media və ictimaiyyət nümayəndələri iştirak edib. PA rəsmisi Əli Həsənov BDU TV-də yaradılan şəraitlə yaxından tanış olub və tələbələr üçün bunun gözəl imkanlar açdığını söyləyib. Daha sonra BDU-nun akt zalında Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
sia.az