PDF Oxu

Siyasət

  • 41

“Prezidentin fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir” MÜNASİBƏT

“Prezidentin fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir” MÜNASİBƏT

"Azərbaycan Prezidentinin "Dünyada ilin adamı" seçilməsi dünyanın ictimai siyasi həyatında vacib, Azərbaycan xalqı üçün isə sevinc və qurur doğuran hadisədir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.Onun sözlərinə görə, dövlət başçısının sözügedən mükafata layiq görülməsi Onun həyata keçirdiyi uğurlu xarici siyasətinin təsdiqidir: "Azərbaycan Prezidentinin ölkə daxilində sabitliyin qorunub saxlanması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, iqtisadiyyatın balanslaşdırılmış şəkildə inkişaf etidirilməsi, hüququn, haqq-ədalətin təmin olunması, demokratiyanın həyata keçirilməsi, qanunvericiliyin aliliyinin qorunması sahəsində gördüyü işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Ölkə rəhbəri sülhün qorunmasında, tolerantlığın yüksəldilməsində, multikulturalizmin inkişafında, dünya ölkələri arasında ədalətli və bərabərhüquqlu münasibətlərin qurulmasında və möhkəmləndirilməsində, dünyanın Azərbaycana və ölkəmizin də dünyaya inteqrasiyasında çox böyük rola malikdir. "The Business Year" şirkətinin Prezidentimizi 2015-ci ildə "Dünyada ilin adamı" seçməsi məhz sadalanan xidmətlərə görədir"."Son dövrlər dünyada çox ciddi siyasi, iqtisadi böhran yaşanır, müharibələr, milli irqi zəmində qarşıdurmalar və miqrant problemləri var. Belə bir halda, Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili" élan edilməsi, ölkədə bununla bağlı beynəlxalq forumun keçirilməsi, orada tərəqqipərvər dövlətlərin nümayəndələrinin iştirakı ölkə başçısının dünya siyasətində nüfuzunun və onun apardığı siyasətin qəbul olunmasının göstəricisidir. Azərbaycan Prezidentinin sözügedən ada layiq görülməsi həm apardığı yorulmaz və çoxşaxəli fəaliyyətin dəqiq qiyməti, həm də Azərbaycan xalqına göstərilən etimaddır"- deyə, YAP Siyasi Şurasının üzvü əlavə edib.

sia.az

Digər xəbərlər