"Azərbaycan Prezidentinin "Dünyada ilin adamı" seçilməsi ölkəmizdə aparılan siyasətin uğurlu olmasının sübutudur". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Arif Rəhimzadə deyib.Hazırda dünyada iqtisadi çətinliklərin mövcud olduğunu xatırladan millət vəkili bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan Prezidentinin apardığı islahatlar nəticəsində iqtisadiyyatımız yeni mərhələyə qədəm qoyub. Dövlət başçısının fəaliyyəti bütün dünya ölkələri tərəfindən diqqətlə izlənir və alqışlanır".A.Rəhimzadə söyləyib ki, 20 ildən artıq müstəqillik tarixinə malik olan Azərbaycanın qazandığı uğurlar, hətta dünyanın nəhəng ölkələri üçün nümunə hesab oluna bilər: "Azərbaycan bir sıra iri miqyaslı beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etməklə potensialını bütün dünyaya təqdim edib. Ötən il Bakıda ilk dəfə keçirilən I Avropa Oyunları Avropa ictimaiyyətinə əsl idman bayramı hədiyyəsi idi. Etiraf etməliyik ki, ölkəmizin bu az müddətdə qazandığı böyük uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın əldə etdiyi uğurlar digər ölkələr tərəfindən diqqəti cəlb edir. Məhz görülən işlərin nəticəsidir ki, "The Business Year" şirkəti İlham Əliyevi 2015-ci ildə "Dünyada ilin adamı" seçib".
sia.az