"Konkret cinayətlərə görə həbsdə olan jurnalist Xədicə İsmayılın şərti cəza ilə azadlığa buraxılması Azərbaycan dövlətinin siyasi mövqeyindən asılı olmayaraq hər bir vətəndaşına qayğı ilə yanaşması və humanist prinsipləri əsas tutmasıdır". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, məhkəmə Xədicə İsmayıla azadlıqda səhvlərindən nəticə çıxarmaq və demokratik hüquqi dövlətin imkanlarından yararlanmaq imkanı verdi."Bu qərar Azərbaycanda hüquq, demokartiya və hümanizmin vəhdət təşkil etməsinin bir daha sübutudur"- deyə, A. Mirzəzadə əlavə edib.Xatırladaq ki, ötən gün Xədicə İsmayılova azadlığa buraxılıb.X.İsmayıl təqsirləndirildiyi Cinayət Məsəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə bəraət alıb. CM-nin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə 3 il şərti cəza verilib.Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin 2014-cü il 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilmişdi.
sia.az