"AXCP ilə Müsavat arasında zidiyyətlər hələ 1988-ci ildən davam edir. Ümumiyyətlə bu iki qüvvə arasında zidiyyət həmişə olub və barışmaz hal alıb". Bunu SİA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Tofiq Yaqublunun AXCP və Müsavatı barışdırmaq təşəbbüsünə münasibət bildirərkən deyib.ADP sədrinin sözlərinə görə, zaman-zaman bu təşkilatlar bir-birinə qarşı mübarizə aparıblar: "Təbii ki, bu gündə həmin zidiyyətlər həll olunmamış qalır. Bu baxımdan AXCP və Müsavat bir araya gəlsə də belə onlar arasında zidiyyətlər həll olunmadığı üçün həmin proseslər daha qabarıq şəkildə özünü göstərəcək. Bu mənada düşünürəm ki, zidiyyətlər həll olmadan sözügedən təşkilatların bir araya gəlməsi ümumi şeyin xeyrinə olmaz. Yəni bu təşəbbüs hətta baş tutsa belə uzun müddətli olmayacaq. Hətta məndə olan məlumata görə AXCP bu təşəbbüsə o qədər də isti baxmır".
sia.az