PDF Oxu

Siyasət

  • 52

Ekspert: “Ermənistan siyasət aləmində rəzil durumdadır”AÇIQLAMA

Ekspert: “Ermənistan siyasət aləmində rəzil durumdadır”AÇIQLAMA

"Bu Ermənistanda görəsən bir nəfər ağıllı adam yoxdur ki, bunlara rəhbərlik etsin? Bunlar nə qədər ağılsız və məntiqsiz məxluqlardır? Vallah, bunların sərsəm bəyanatlarına biz reaksiya verməkdən yorulduq, amma bunların nə başbilənləri, nə də bunlara ağılverənlər yorulmadılar öz axmaq, yersiz həyasızlıqlarından". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov Serj Sarkisyanın sentyabrın 1-nə kimi Azərbaycanın aprel ayında işğal etdiyi torpaqları azad edəcəyi barədə bəyanatına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, bütün dünya bunlara başa salmağa çalışır ki, ay bədbəxtlər, öz havadarlarınız sayəsində işğal altında saxladığınız torpaqları boşaltmalısınız: "Burda deyirlər ee, "ay sən öləsən Serj, Ohanyan da sənə baş daşı olsun". Bunlar bu mürəkkəb siyasət aləmində necə rəzil bir durumda olduqlarını görəsən hiss etmirlər? Azərbaycan əsgəri yəqin ki, bunlara yaxın zamanlarda nə lazımdırsa, artıqlaması ilə başa salacaq. Mən ATƏT-in Minsk qrupunu, xüsusən də Rusiyanı çox sərt qınayıram. Axı məhz Rusiyanın xahişi ilə biz aprelin əvvəllərində bu yaramazları cəhənnəmə vasil etmək əməliyyatını təxirə saldıq və faktiki rəsmi Moskvanın rolu olmasaydı, bunları ölümün pəncəsindən heç kim xilas edə bilməzdi.Bir sözlə, biz iyunda formal olaraq baş tutacaq görüşü də gözləyək və ondan sonra əldə silahla bu axmaqları başa salmaq, sülhə vadar etmək əməliyyatına start verməyə məcbur olacağıq. Bütün proseslər bu istiqamətdə inkişaf edir".

sia.az

Digər xəbərlər