"Düşünürəm ki, Azərbaycanla Ermənistan arasındakı baş tutacaq yeni görüşlər əvvəlki illərin görüşlərinə oxşamamalıdır. Çünki, biz görüş xatirinə görüş keçirilməsinin tərəfdarı deyilik və bunu düşmən tərəfi də anlamağa başlayıb". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, aprelin əvvəlində təmas xəttində baş verən hadisələr və ermənilərin böyük itki ilə geri çəkilməsi və gələcəkdə təkrar olunarsa qarşılacaq faciələrini düşmən tərəfi anlayıb və yəqin ki, konstruktiv mövqe sərgiləyərək status-kvonun dəyişilməsi istiqamətində dövlət başçıların danışıqlarına hazırlıq görüləcək".A.Badamov qeyd edib ki, Daglıq Qarabağla bağlı gələcəkdə də Azərbaycanla Ermənistan arasında baş tutacaq hər bir görüş işğal prosesinin sonuna gətirib çıxarmalıdır.
sia.az