PDF Oxu

Siyasət

  • 36

Ottava və Toronto şəhərlərinin meriyası önündə Azərbaycanın dövlət bayrağı ucaldılıb

Ottava və Toronto şəhərlərinin meriyası önündə Azərbaycanın dövlət bayrağı ucaldılıb

Respublika Günü münasibətilə Kanadanın paytaxtı Ottava şəhərinin meriyası önündə Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilib.Tədbirdə Ottavada yaşayan Azərbaycan icmasının nümayəndələri və ölkəmizin Kanadadakı səfirliyinin əməkdaşları iştirak ediblər.Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli iştirakçılar önündə çıxış edərək, Respublika Gününün əhəmiyyətindən danışıb və Azərbaycanın dövlətçilik ənənələrini bərpa edən Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika olduğunu və bütün vətəndaşlarına dinindən, cinsindən, etnik mənsubiyyətindən asılı olmayaraq səsvermə hüququ tanıtdığını vurğulayıb. R. Hüseynli bildirib ki, birinci respublikamızın ömrü çox qısa olsa da, demokratik institutlar və dövlət simvolları yaratmaqla Azərbaycanın dövlətçilik ənənələrini bərpa edib və bugünkü müstəqil, müasir Azərbaycanın inkişaf platformasının əsasını qoyub. Diplomat Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 70 il sonra ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdiyini və bu müstəqilliyin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu xüsusi vurğulayıb.Daha sonra dövlət himninin sədaları altında Azərbaycan Respublikasının dövlət bayrağı meriya önündə ucaldılıb.Eyni zamanda, "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi tərəfindən də 28 May – Respublika Günü münasibətilə Kanadanın Toronto şəhərinin meriyası önündə Azərbaycanın bayrağının qaldırılması mərasimi keçirilib.Tədbirdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, azərbaycanlı və xarici tələbələr, o cümlədən Türkiyə Respublikasının Torontodakı Baş Konsulu Erdeniz Şen iştirak ediblər."Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin direktoru və tədbirin təşkilatçısı Lalin Həsənova açılış nitqində iştirakçıları təbrik edib. Sonra Azərbaycanın Kanadadakı səfirliyinin konsulu Faiq Babayev Respublika Gününün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan etməklə xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini vurğulayıb. F. Babayev qeyd edib ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoyub və Ümummilli Liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız bu gün inamla irəliləyir.Daha sonra himnimizin sədaları altında Azərbaycan bayrağı Torontonun mərkəzində ucaldılıb.Tədbirdə Ontario əyalətinin London şəhərində yaşayan 12 yaşlı soydaşımız Cəvahir Əl-Şakir "Azərbaycan" şeirini söyləyib və "Təbriz" rəqs qrupu tərəfindən Azərbaycan milli rəqsləri nümayiş etdirilib. Milli rəqsimiz və çıxış edən rəqqasların milli geyimləri yaxınlıqdakı çoxsaylı turistlərin diqqətini çəkib.28 May – Respublika Günü münasibətilə analoji tədbirlər Kalqari şəhərində Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti (Alberta Azerbaijani Cultural Society) və Vankuver şəhərində Azərbaycan diasporunun təmsilçiləri tərəfindən də həyata keçirilib.

AZƏRTAC

Digər xəbərlər